Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:47

Serbiyanın baş naziri Aleksandr Vucic noyabrın 11-də Serebrenitsaya baş çəkib və 1995-ci ildə kütləvi qətlə yetirilmiş müsəlmanların xatirəsini anıb.

4 ay bundan əvvəl Vucici şəhərdən daşa basaraq qovmuşdular.

Keçmiş qatı millətçi və sonradan avropapərəst siyasətçi olan Vucic Serebrenitsadakı abidənin önünə ağ qızılgüllər qoyub.

Onu Bosniya müsəlmanlarının lideri Bakir İzzetbekovic müşaiyət edib.

Bosniyadakı serb qüvvələri 1995-ci ilin iyulunda şəhəri tutarkən təxminən 8 min müsəlman kişi və yeniyetməni kütləvi qətlə yetiriblər.

Vucic Serebrenitsaya iqtisadi konfransda iştirak etmək üçün gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG