Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:09

Şəkidə cəbhəçilər saxlanılıb


AXCP
AXCP

-

Şəkidə polis AXCP-nin üç yerli fəalını- Mübariz Əbdülkərimovu, Samir Həsənovu və Aydın Əliməmmədovu saxlayıb. Onlar noyabrın 10-da axşam çayxanadan aparılıb.

Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.

İdarədə Aydın Əliməmmədovdan izahat alınaraq, bu gün məhkəməyə gəlməsi şərtilə sərbəst buraxılıb. Mübariz Əbdülkərimov və Samir Həsənov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə protokol tərtib olunub. Bu gün hər üç cəbhəçi məhkəməyə çıxarılacaq.

Şəki polis şöbəsindən AzadlıqRadiosuna bildiriblər ki, hər üç şəxsin işi məhkəməyə göndərilib. Şöbədən başqa məlumat verə bilməyəcəklərini deyiblər.

XS
SM
MD
LG