Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:50

Azərbaycanda işgəncələr müzakirə olunacaq


BMT
BMT

-

Noyabrın 11-12-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanla bağlı müzakirələr keçiriləcək. Tədbir İnternetdə onlayn yayımlanacaq.

BMT-nin Bakı ofisinin məlumatına görə, Azərbaycan İşgəncələr Əleyhinə Konvensiyanı ratifikasiya edən 158 ölkədən biridir. Buna görə 10 müstəqil ekspert qarşısında müntəzəm hesabat verməlidir.

BMT Komitəsində Azərbaycan nümayəndə heyəti ilə görüş noyabrın 11-də saat 10:00-dan 13:00-dək (Bakı vaxtı ilə 13:00-dan 16:00-dək) və noyabrın 12-də 15:00-dan 18:00-dək, dekabrın 9-da 12:30-da olacaq.

Komitə sessiyanın yekunları ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır. Azərbaycanla yanaşı, Lixtenşteyn, Avstriya, Danimarka, Çin və İordaniya ilə yekun müzakirələr aparılacaq.

Bundan əvvəl beynəlxalq hüquq müdafiə təşkilatı «Human Rights Watch» BMT-yə memorandum təqdim edib. Bakıdan repressiyalara son qoyulmasını, Leyla və Arif Yunuslar, İntiqam Əliyev, İlqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasını, QHT-lərin bank hesablarından həbslərin götürülməsini tələb etməyə çağırıb.

XS
SM
MD
LG