Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59

-

Bu həftəsonu Suriya sülh danışıqlarında Rusiya yeni konstitusiyanın hazırlanmasına çağıracaq. Həmin konstitusiyanın səsə qoyulması və erkən prezident seçkisinin keçirilməsi təklif olunur. Planda belə deyilir.

Plan layihəsində Suriya prezidenti Bashar Assad-ın keçid dövründə vəzifədən uzaqlaşması barədə bircə kəlmə də yoxdur. Sülh danışıqlarına qatılan Qərb və Körfəz ölkələri bunu təklif edir.

Bircə o qeyd olunur ki, “Suriya prezidenti konstitusiya komissiyasına sədrlik etməyəcək”, islahat prosesinə “bütün tərəflərin razılaşdığı namizəd” başçılıq edəcək.

Plan BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura-nı çağırır ki, Suriya hökuməti və “müxalifət qruplarının birgə nümayəndə heyəti” ilə siyasi prosesi başlatsın.

Sənədə görə, keçid dövrünün və konstitusiya islahatı prosesinin 18 ay çəkəcəyi gözlənir. Rusiyanın BMT-dəki səfirinin köməkçisi Vladimir Safronkov sənədin mediaya sızdırılmasını təəssüfünü bildirib. O, təkliflərə açıq olduqlarını bildirib.

Suriya danışıqları noyabrın 14-də Vyanada başlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG