Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:06

İran 30-dan çox terror şübhəlisini saxlayıb


Mahmud Alavi (öndə), arxiv fotosu

Mahmud Alavi (öndə), arxiv fotosu

-

İran bildirir ki, son vaxtlar ölkədə 30-dan artıq şübhəli terrorçu saxlayıb. Kəşfiyyat naziri Mahmud Alavi noyabrın 10-da deyib ki, İraq və Suriyada yaraqlılara qoşulmağa gedən “20-dən çox terrorçu element” sərhəddə saxlanıb.

10-dan artıq şübhəli isə müxtəlif vilayətlərdə həbs olunub. Alavi onu da deyib ki, Rusiyanın Suriyadakı hava kampaniyası İranı da təhlükəsizlik baxımdan daha artıq səfərbər edib.

“Rusiyanın terrorçulara qarşı hərbi kampaniyası düşmənlərin İslam respublikasının təhlükəsizliyinə qarşı cəhdlərini artırmasına səbəb olub,” Alavi deyib.

İran Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyir. Tehran bütün anti-Assad qruplarına “terrorçu” deyir. İran adətən şübhəli terrorçuların saxlanması barədə məlumat yayır, ancaq detalları açıqlamır.

Günün bütün mövzuları

XS
SM
MD
LG