Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Suriya ordusu İD-dən bazanı geri alıb


Kweyris bazası yaxınlığı, 10 noyabr, 2015-ci il

Kweyris bazası yaxınlığı, 10 noyabr, 2015-ci il

-

Suriya əsgərləri ölkənin şimalında yerləşən hava bazasına doğru hücuma keçib və bu bazanı İslam Dövləti silahlı qruplaşmasından mühasirəsindən çıxarıb. Məlumatı noyabrın 10-da dövlət televiziyası yayıb.

Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib ki, əsgərlər Hələbdəki Kweires hava bazasına çatıb və İD-nin 2012-ci ilin dekabrından qurduğu mühasirəni yayıb.

Bu, Rusiya prezident Bashar al-Assad-a dəstək məqsədilə hərbi kampaniyaya başlayandan Suriya ordusunun ən böyük qələbəsidir. Suriya əsgərlərinə həmin əməliyyatda İran qüvvələri, Livan Hizbullah döyüşçüləri də dəstək verib.

İD bazanı ələ keçirmək üçün maydan bəri dəfələrlə cəhdlər edib.

Mühasirədən yüzlərlə əsgər azad olunub. Onlardan bəziləri televiziya vasitəsilə ordunu və Assad-ı alqışlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG