Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

-

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bildirir ki, istənilən rusiyalı atletin dopinq qəbul etdiyi təsdiqlənsə, ondan medalı almağa hazırdır. Komitə həmçinin Soçi Olimpiadasının üyüşdürücü nümunələrini yenidən yoxlamağı nəzərdən keçirir.

BOK noyabrın 10-da təcili toplantı keçirib. Lamine Diack-ı fəxri üzvlükdən uzaqlaşdırıb. Onun 2011-ci ildə 1 milyon avro rüşvət müqabilində rusiyalı atletlərin dopinq testlərinin müsbət nəticələrini ört-basdır etdiyi bildirilir.

BOK bildirib ki, Ümumdünya Antidoping Agentliyinin bu həftə açıqladığı hesabatda adı çəkilən, dopinq qaydalarını pozduğu sübuta yetirilmiş rəsmilər, məşqçilər cəzalandırılacaq, yaxud medalları alınacaq.

Noyabrın 9-da yayılmış hesabatda qeyd olunurdu ki, Rusiya rəsmiləri geniş miqyaslı korrupsiya ilə narkotik maddə testlərinin nəticələrini ört-basdır ediblər. Kreml iddiaların əsassız olduğunu bildirib.

XS
SM
MD
LG