Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:29

“Bəzi kütləvi informasiya vasitələri “Gizli dinləmələrin qalmaqalı” sərlövhəli sensasiyalı yazılar yayıblar. Müdafiə Nazirliyi bildirir ki, bu yazılarda bəhs edilən polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub. Onun məlumatda qeyd olunduğu kimi Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur”.

Bu barədə “Trend” agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumatda bildirir ki, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi özəl danışıqların dinlənilməsi ilə məşğul olmur: “Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.

Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lərdə "Gizli dinləmələr qalmaqalı" sərlövhəli yazı yayımlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG