Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:57

“Parlament seçkisinin rəsmi nəticələri elan edildikdən Yeni Azərbaycan Partiyasının İdarə Heyəti rəhbərlikdən icazəsiz deputatlığa namizədliyini vermiş üzvlərlə bağlı qərar qəbul edəcək”.

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, seçki öncəsi bir neçə nəfəri çıxmaq şərtilə, partiyanın qərarı olmadan namizədliyini irəli sürən əksər YAP üzvləri öz namizədliklərini geri götürüblər: “Onlar YAP-ın qərarı ilə irəli sürülən namizədlərə alternativ yaradırdılar. Söhbət apardıqdan sonra onların əksəriyyəti namizədliyini geri götürdü. Bir neçə nəfər isə namizədliyini geri çəkmədi.Mərkəzi Seçki Komissiyası ilə Konstitusiya Məhkəməsi mandatları təsdiqlədikdən sonra YAP İdarə Heyəti toplantı keçirəcək və bu şəxslər barədə də qərar veriləcək”-deyə o bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG