Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:07

Müsavat Partiyası deputatlığa namizədlərinin hüquqlarının bərpası istəyilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Bu barədə partiyanın Divan iclasında seçki qərargahının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O qeyd edib ki, Müsavat Partiyası seçkidən 3 gün əvvəl namizədlərinin geri çəkilməsi ilə bağlı qərar verib. Ancaq MSK müraciətlərinə müsbət yanaşmayaraq namizədlərin adlarını bülletenlərdən çıxarmayıb.

Namizədlərin bundan ötrü fərdi qaydada DSK-lara müraciətinin də bir nəticəsi olmayıb. Hazırda onların şikayətinə apellyasiya və Ali Məhkəmə səviyyəsində baxırlar. 3 şikayət Apellyasiya Məhkəməsində artıq mənfi nəticələnib. İndi partiya Avropa İnsan Hüquqları Məhkəməsi haqda düşünür.

Divanın iclasında partiyanın qərarına tabe olmayıb seçkilərdə iştirak edən İltizam Əkbərlinin məsələsinə də baxılıb. Ona partiyanın qərarına tabe olmadığına görə töhmət verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG