Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Avropa Komissiyası Avropa Birliyinə qoşulmaq istəyən Balkan ölkələri ilə bağlı illik hesabat yayıb.

Hesabatın Serbiyaya aid hissəsində bildirilir ki, bu ölkə siyasi və iqtisadi sahələrdə irəliləyiş əldə etdib, amma Belqrad edibarı artırmalı və qanunun aliliyi sahəsində vəziyyəti yaxşılaşdırmalıdır. Bura əsasən ifadə azadlığının tam təmin edilməsi daxildir.

Hesabatda qeyd edilir ki, ölkədə məhkəmə sisteminə hələ də siyasi müdaxilə mövcuddur və bu məhkəmələrin müstəqilliyini əngəlləyir.

Amma Komissiya qanunun aliliyi sahəsində bir sıra islahatlar keçirildiyini qeyd edir.

Miqrant məsələsinə gəldikdə isə hesabatda biuldirilir ki, qaçqınlar üçün tranzit ölkələrdən olan Serbiya sığınacaq vermə sistemini yaxşılaşdırmalı və daha çox miqrant qəbul etməlidir.

Hesabatda həmçinin bildirilir ki, Belqrad Kosovo ilə münasibətləri yaxşılaşdırmalıdır.

Qeyd edək ki, bu məsələ Serbiyanın Avropa Birliyinə üzvlüyündə əsas şərtlərdən biridir.

111 ölkə Kosovonun müstəqilliyini tanısa da Serbiya bunu qəbul etmir.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG