Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:44

Avropa Birliyi son hesabatında Türkiyəni qanunun aliliyi, insan haqları və mətbuat azadlığının prinsiplərindən geri çəkilməkdə pisləyib.

Noyabrın 10-da yayılmış hesabat Noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkisinədək olan dövrü əhatə edir.Amma hesabatda Türkiyənin Suriya qaçqınlarını qəbul etməsi və bu sahədə əməkdaşlıq eləməsi alqışlanıb.

Türkiyə hökuməti xüsusilə ifadə azadlığını pozmaq və ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmamasında tənqid edilir.

Bu hesabat Avropa Birliyinə qoşulmaq istəyən Türkiyə üçün əhəmiyyətlidir və ölkədəki irəliləyişlə bağlı illik paketin tərkib hissəsidir.

Türkiyə1987-ci ildən Avropa Birliyinə qoşulmağa can atır, amma danışıqlar Fransa və Almaniyanın etirazı, habelə Avropa Birliyinin üzvü olan Kiprlə Türkiyə arasındakı gərginliyə görə əngəllənir.

Avropa Komissiyasının hesabatında birliyə qoşulmaq istəyən Albaniya, Kosovo, Makedoniya, Bosniya-Hersoqovina, Montoneqro və Serbiya da var.

Amma Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker bildirib ki, 2019-cu ildən əvvəl Birliyə yeni üzvlərin qəbulunu gözləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG