Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:00

-

Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) tikintisi planlaşdırıldığından daha ucuz başa gələcək.
APA-nın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, layihəyə planlaşdırıldığından 20-25% daha az vəsait sərf olunacaq. «TANAP-ın tikintisi öz axarı ilə davam edir. Layihə planlaşdırdığımızdan ən azı 20-25% ucuz başa gələcək. Çox gözəl tender nəticələrimiz olub. Bu da imkan verir ki, layihəyə daha az vəsait xərclənsin», - deyə R.Abdullayev qeyd edib.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: «Cənub Qaz Dəhlizi» şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

Günün bütün mövzuları

XS
SM
MD
LG