Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16

-

Oktyabrda ərzaq məhsulları 0.3 faiz, qeyri-ərzaq məhsulları 0.1 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.

Noyabrın 10-da açıqlananməlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0.1 faiz artıb.

YUMURTA BAHALAŞIB

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkərin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, portağalın, bananın, xiyarın, pomidorun, badımcanın, şirin bibərin, soğanın, sarımsağın, kartofun qiymətlərində artım, qoyun ətinin, limonun, naringinin, almanın, armudun, üzümün, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, balqabağın, göy lobyanın, çuğundurun, kökün qiymətlərində isə azalma müşahidə olunub.

Qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətləri artıb, inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətləri enib.

Günün bütün mövzuları

XS
SM
MD
LG