Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

Dopinq ittihamları üzrə əməkdaşlığa açıqdır


Rusiya Olimpiya Komitəsinin binası

Rusiya Olimpiya Komitəsinin binası

-

Rusiyanın İdman Nazirliyi noyabrın 10-da bildirib ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə daha sıx əməkdaşlığa açıqdır. Məqsəd Rusiyanın antidopinq təşkilatına pozuntularla bağlı ittihamları ləğv etməkdir.

Noyabrın 9-da agentlik hesabatında bildirib ki, Rusiya uzun illər sistematik və geniş yayılmış pozuntulara yol verib. Rusiya laboratoriyasında dəlillər məhv edilib, rüşvət verilib, aldadılma halları baş verib. Rusiya həmçinin dövlət səviyyəsində dopinq proqramı həyata keçirməkdə ittiham olunub.

Qurum Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasını (IAAF) çağırıb ki, rusiyalı atletləri yarışlardan çıxarsın. Bu qadağa gələn il Rioda keçiriləcək Olimpiya Oyunlarına da aid edilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG