Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06

-

Hassan Rohani son onildə Avropaya ilk səfər edən İran prezidenti olacaq. Xəbəri noyabrın 9-da IRNA xəbər agentliyi yayıb.

Bu il iyulun 14-də İran altı superdövlətlə nüvə sazişi imzalayıb. Səfər də belə bir tarixi məqamdan sonraya təsadüf edir.

Rohani-nin səfəri noyabrın 14-də İtaliyadan başlayacaq, daha sonra, noyabrın 16-17-də Fransaya gedəcək.

Rohani İtaliyada Papa Francis-lə görüşəcək. Prezidenti bir neçə nazir müşayiət edəcək.

Bu arada İranda Rohani ilə sərt xətt tərəfdarları arasında gərginlik yaşanır. Sonuncular onun Qərblə münasibətlərin yaxşılaşdırılmasına tərəfdar olmasını tənqid edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG