Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:58

Məhkəmə Obama-ya “yox” dedi


ABŞ-a Latın Amerikasından gələn qanunsuz miqrantlar

ABŞ-a Latın Amerikasından gələn qanunsuz miqrantlar

-

Noyabrın 9-da ABŞ apelyasiya məhkəməsi prezident Barack Obama-nın miqrantlarla bağlı planını rədd edib. Obama ölkədəki 5 milyon sənədsiz miqrantı qorumaq üçün plan təklif etmişdi. İndi belə çıxır, vəzifədə olduğu müddətdə bu planı həyata keçirə bilməyəcək.

Apellyasiya məhkəməsi Texas hakiminin qərarını qüvvədə saxlayıb.

Obama Birləşmiş Ştatlara qanunsuz olaraq gətirilmiş uşaqların da deportasiyasını əngəlləmək istəyirdi.

Prezident hələ bir il öncə bu planı elan edəndə respublikaçıların tənqidi ilə üzləşib.

Bu qərardan apellyasiya aylarla çəkə bilər və iş yenidən baxılmaq üçün ərazi məhkəməsinə göndərilə bilər.

Bəzi immiqrant təşkilatları Ağ Evi çağırır ki, qərardan Ali Məhkəməyə dərhal şikayət versin.

Günün bütün mövzuları

XS
SM
MD
LG