Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:01

Araz Əlizadənin dairəsində qalmaqal böyüyür...


İqbal Ağazadə və Araz Əlizadə (sağda)
İqbal Ağazadə və Araz Əlizadə (sağda)

►35 saylı Xətai III seçki dairəsi ətrafında qalmaqallar bitmək bilmir.

Yada salaq ki, noyabrın 1-də keçirilən parlament seçkilərində bu dairədə əsas mübarizə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə ÜMİD Partiyasının sədri İqbal Ağazadə arasında getmişdi.

Mərkəzi Seçki Komissiyası bu dairədən ilkin qalib kimi Araz Əlizadənin adını çəksə də, sonradan bəzi şikayətlərə görə, nəticələr sıfırlanmışdı .

Noyabrın 7-də isə İqbal Ağazadə Azadlıq Radiosuna bildirmişdi ki, onların şikayəti əsasında Dairə Seçki Komissiyası 18 və 26 saylı məntəqələrdə nəticələri ləğv edib. Bununla da o bu dairədə qalib durumuna gəlib.

Ancaq onun rəqibi Araz Əlizadə bu deyilənlərin həqiqət olmadığını söyləmişdi.

O deyirdi ki, 2 məntəqədə nəticələrin ləğvindən xəbərsizdir. Əgər 2 məntəqədə nəticələr ləğv edilibsə belə, bu, vəziyyəti dəyişmir. Yenə qalib odur.

Bu saatlarda isə ÜMİD Partiyasının üzvləri sosial şəbəkələrdə 35 saylı Xətai III seçki dairəsinin sədri İmran Hüseynəliyevin imzası ilə onlara göndərilmiş bir sənədi yayıblar.

Noyabrın 8-də imzalanan həmin sənəddə DSK sədri bildirir ki, təkrar hesablamalardan sonra 5,10 və 11 saylı məntəqələrin nəticələrini ləğv ediblər.

Buna da bax: Rabitə Nazirliyində saxlananlar var

Yada salaq ki, sözügedən 3 məntəqədə İqbal Ağazadə qalib olmuşdu. Bu isə artıq yenidən Araz Əlizadənin önə çıxması kimi qiymətləndirilir.

İqbal Ağazadə deyir ki, DSK-da belə bir iclasın keçirilməsindən xəbərləri olmayıb:

“Bizim bildiyimiz - bundan əvvəl 2 məntəqənin ləğvidir. 5,10,11 saylı məntəqələrin nəticələrinin ləğvi dirənin növbəti saxtakarlığıdır. Artıq bu məsələ ilə bağlı MSK-ya şikayətlər verilib”

Seçkilər Məcəlləsinə görə, MSK seçkidən sonra 20 gün ərzində şikayətlərə baxıb yekun qərarını verməlidir. Konstitusiya Məhkəməsi bu nəticələri rəsmən təsdiq etdikdən sonra, artıq seçkilərlə bağlı proses başa çatmış sayılır.

XS
SM
MD
LG