Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:04

İngiltərə Premyer Liqasının 12-ci turunda "Stok Siti"yə 0:1 hesabı ilə uduzan "Çelsi"nin baş məşqçisi Joze Mourinhonun klubda gələcək taleyi qeyri-müəyyən olaraq qalır.

Yerli mətbuatın yazdığına görə, klubunun prezidenti Roman Abramovichin son məğlubiyyətdən sonra Mourinhoya güvənmədiyi və onun klubda gələcək fəaliyyətinə heç bir zəmanət vermədiyi iddia edilib.

Britaniya mətbuatı yazır ki, Mourinho hələ ki, noyabrın 21-də Premyer Liqanın növbəti turunda keçiriləcək "Norviç"lə görüşədək vəzifəsində qalacaq.

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın 12 turundan sonra 11 xalla turnir cədvəlinin 16-cı pilləsindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG