Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

BMT noyabrın 9-da iqlim dəyişikliyi ilə bağlı təcili tədbirlər görməyə çağırıb.

Təşkilat 2014-cü ildə atmosferdə karbooksid və digər dəm qazlarının yeni maksimuma çatdığını xəbərdarlıq edir.

Ümumdünya Metrologiya Təşkilatının hesabatına görə, 1990-ci ildən bu yana bu tullantılar 36 faiz çoxalıb.

Təşkilat temperaturu normal həddə saxlamaq üçün atmosferə buraxılan dəm qazlarınının azaldılması istiqamətində təcili tədbirlər görməyə çağırır.

Dünya Bankı bir gün əvvəl xəbərdarlıq edib ki, əgər kasıbları fövqəladə vəziyyətlər və dəniz səviyyəsinin qalxmasından qorumaq üçün təcili tədbirlər görülməsə 20130-cu ilədək 100 milyoindan çox adam kasıblıq həddinə düşəcək.

BMT-noyabrın 30-dan dekabrın 11-dək Parisdə iqlim dəyişikliyi ilə bağlı xüsusi konfrans keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG