Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

S.Aleksieviç: "Putin türmə, Lukaşenko kolxozçu dilində danışır"


Svetlana Aleksieviç
Svetlana Aleksieviç

- Bu ilin Ədəbiyyat Nobelini almış Belarus yazıçısı Svetlana Aleksieviçin "Afişa" səhifəsinə müsahibəsindən parçalar

"Ölkə 90-cı illərə hazır deyildi. Heç 1917-ci illərə və yenidənqurmaya da hazır deyildi.

90-cı illərdə biz danışırdıq, millət susurdu. İndi onlar danışır və bu daha təhlükəli görünür."

"Yadımdadır, yaponlar mənim kitabım əsasında film çəkmişdilər. Biz onlarla İrkutska getmişdik. Bir muzeyə girdik. Orada üzərində yanan yerlər olan xəritə var idi. Yanan yerlər əvvəllər orada düşərgələr olduğunu göstərirdi. Bu düşərgələr hər yerdə idi. Xəritənin hər yeri yanmışdı.

Biz orada insanlardan həmin dövrdən bəhs etmələrini xahiş etdik. Onlar bu ərazilərə qolçomaqların qadınlarla, uşaqlarla birgə necə gətirildiklərindən, onlara bir balta və bir kürəyi verib qara atdıqlarından bəhs etdilər.

Svetlana Aleksieviç
Svetlana Aleksieviç

Həmin vaxt prezident seçkiləri dövrü idi. İnsanlar Putinə ilk dəfə idi ki, səs verməli idilər. Yapon rejissor seçkilərdə kimə səs verəcəklərini soruşanda muzeydə hamı "Putinə" cavabını verdi.

Rejissor əvvəl başa düşmədi və soruşdu ki, axı niyə? O ki, KQB-dəndir!

Cavab verdilər: "Putin yeganə insandır ki, bütün məsələlərdə sabitlik yarada bilər." Bu cavabdan sonra rejissor mənə çevrilib dedi ki, mən anlamıram bu necə ölkədir."

"Belə bir kitab var - “Nasistlərin vicdanı”. Bu kitabda faşizmin Almaniyada pillə-pillə necə inkişaf etdiyindən bəhs olunur.

Biz bilirik ki, almanlar antisemist millət deyil. Əvvəllər nə vaxtsa biz onlara bu diş həkiminə və ya bu dərziyə getmə dediyimizdə onlar məhz həmin diş həkiminə, həmin dərziyə gedirdilər.

Artıq 10 il sonra ətrafda hər yer ölüm düşərgələrindən ibarət idi. Axı bu necə baş verdi?!"

"Yazdığım kitabların, insanlarla etdiyim söhbətlərin təcrübəsi göstərir ki, mədəniyyət qatı çox zəifdir, hər an uça bilər.

Bunun üçün ekstremal vəziyyət lazım deyil, hətta adi həyatda belə, insanlıqdan uzaqlaşma baş verir."

"Düşərgənin həm cəlladı, həm də qurbanı məhv etməsi, yoldan çıxarması sovet hakimiyyətindən qalma ənənədir. Bu pozğun təfəkkürdən insanı hətta universitet diplomu belə qorumur.

Biz bunu indiki dünyamızda da görürük. Asanlıqla insanlar ən sadə tələlərə belə, düşə bilirlər.

Putin kamera qarşısına çılpaq bədənlə çıxarkən biz bununla zarafat edə bilərik. Ancaq o, danışmağa başlayanda biz görürük ki, bu artıq türmə dilidir.

Bizdə Lukaşenko danışmağa başlayanda isə hiss edirsən ki, bu danışıq kolxoz nümayəndəsinə məxsusdur.

Bu o demək deyil ki, Avropada hamı yaxşıdır. Ancaq Avropada elə dəqiq qanunlar var ki, onları heç kim poza bilməz."

XS
SM
MD
LG