Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:17

22 yaşlı qadın intihar etdi


Bakıda gənc qadın intihar edib.

Nizami Rayon Polis İdarəsinə istinadən virtualaz.org saytı yazır ki, 1993-cü il təvəllüdlü Nuranə Vasif qızı Panıyeva noyabrın 8-nə keçən gecə özünü Naxçıvani küçəsində yaşadığı mənzildə asıb.

Nizami RPİ 24-cü polis bölməsinin müstəntiqləri tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 22 yaşlı qadını bu addımı atmağa məcbur edən səbəb ərinin və yaxınlarının qadına mənfi münasibəti olub.

Onlar N.Panıyevanı sonsuz olduğu üçün məzəmmət və ittiham edirmiş.

Ailədə bu zəmində gərginlik yaşanırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG