Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:45

Tacikistanda iki rəsmi öldürülüb


ABŞ hərbçiləri Düşənbədə təlimdə

ABŞ hərbçiləri Düşənbədə təlimdə

-

Tacikistanda səfərbərlik komissiyasının iki rəsmisi paytaxt Düşənbədə bıçaqlanaraq öldürülüb.

Müdafiə Nazirliyinin sözçüsü Faridun Mahmadaliev noyabrın 9-da bildirib ki, bıçaqla silahlanmış naməlum şəxslər noyabrın 7-də komissiyanın 4 üzvünə hücum çəkib. Onlardan ikisi öldürülüb, ikisi ciddi yaralanıb. Hücum Düşənbə küçələrində baş verib.

Mahmadaliev deyib ki, hücumçuların tutulmasına gətirəcək informasiyaya görə 10 min dollar mükafat qoyulub.

O, hücumun oktyabrın 1-də başlanmış 10 həftəlik səfərbərliklə əlaqəsi olmadığını söyləyib.

İllərdik hakimiyyət gəncləri zorla saxlayıb orduya göndərməkdə ittiham olunur.

18-27 yaşlı kişilər azı iki il hərbi xidmət keçməlidirlər. Ancaq son illər ordudan yayınma geniş yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG