Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:58

Gömrük Komitəsi: Sərhəddə tıxac yaranmayıb


«Sınıq körpü» sərhəd-keçid məntəqəsi (arxiv fotosu)
«Sınıq körpü» sərhəd-keçid məntəqəsi (arxiv fotosu)

Dövlət Gömrük Komitəsi mətbuatda Gürcüstan ilə sərhəddə yerləşən «Sınıq Körpü» gömrük keçid məntəqəsində uzun müddətli böyük tıxacın yaranması ilə bağlı yazılanları yalanlayıb.

Komitədən APA-ya deyilib ki, qeyri-iş günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. «Nəticədə noyabrın 8-də qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması «Sınıq Körpü» gömrük keçid məntəqəsində qısa müddətli, cüzi sıxlığın yaranmasına səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb».

Komitədən bildirilib ki, hazırda «Sınıq Körpü» gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı bir sıxlıq müşahidə olunmur.

Bundan öncə sərhəd növbəsində qalan sürücülərin mətbuata bildiriblər ki, Gürcüstandan Azərbaycana avtomobillə keçən şəxslər Azərbaycan sərhədində lazımsız yoxlamalara məruz qalıblar. Bu da insanların saatlarla yubanmasına, böyük tıxacın yaranmasına səbəb olub.

XS
SM
MD
LG