Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:54

Aung San Suu Kyi əmindir


Aung San Suu Kyi-ni dəstəkləyənlər onun (arxada) və atası general Aung San-ın (öndə) plakatlarını tutublar

Aung San Suu Kyi-ni dəstəkləyənlər onun (arxada) və atası general Aung San-ın (öndə) plakatlarını tutublar

-

Myanma müxalifət lideri Aung San Suu Kyi seçkinin nəticəsindən əminliyini bildirib. Noyabrın 9-da ötən gün keçirilmiş parlament seçkisinin nəticələri elan olunacaq.

Myanma 25 ildən bəri ilk dəfə olaraq bazar günü azad seçki keçirdi.

Kyi-nin Milli Demokratiya Liqasının seçkini udacağı gözlənir. Bu liqa ordunun dəstəklədiyi Birlik Həmrəylik İnkişaf Partiyasını məğlub edib.

Aung San Suu Kyi noyabrın 9-da partiyasının qərargahında etdiyi çıxışında deyib: “Sizə xatırlatmaq istəyirəm ki, qalib gəlməyən namizədlər belə qalibləri qəbul etməlidirlər. Məğlub olanların özlərini pis etməsi üçün onları təxribata çəkməmək də vacibdir”.

Bu seçki ölkənin demokratiya yolunda ciddi hədəf sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG