Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:31

-

Xorvatiyada parlament seçkisində mühafizəkar müxalifət önə çıxıb. Bülletenlərin hələlik 50 faizi sayılıb. Keçmiş kəşfiyyat rəhbəri Tomislav Karamarko-nun rəhbərlik etdiyi mühafizəkarlar 151 yerli parlamentdə 60 yer qazanıblar.

İndiki baş nazir Zoran Milanovic-in başçılığı ilə Sosial Demokratlar isə 53 yer qazanıb.

Görünür, bloklardan heç biri çoxluğu qazana bilməyəcək və yeni hökumətin qurulması bir sıra kiçik partiyalardan asılı olacaq.

Milanovic yeni koalisiya ilə bağlı danışıqların başlanması üçün çağırış edib.

“Xorvatiya dəyişməyə qərar verib. Bunu təkbaşına edə bilmərik,” Milanovic deyib.

Təhlilçilərin fikrincə, mühafizəkarların qayıdışı bu kiçik ölkəyə miqrant axınına təsirsiz ötüşməyəcək. Sentyabrdan bəri Xorvatiyaya 300 mindən çox qaçqın gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG