Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:26
Pul karikatura
Pul karikatura

AzadlıqLive - Evindən 30 qutu dollar çıxan eks-nazir

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

17:28 13.11.2015

“Nazir mənə dedi ki, “indi səni söysəm, sən də qayıdıb məni söyəcəksən?”

Daha bir siyasi mühacirdən qohum-əqrabası üz döndərir. “Noyabrın 11-də anami-bacımı “Bandotdel”ə aparıb incidiblər ki, mən bloqumu bağlayım”.

Bunu AzadlıqRadiosuna hazırda İsveçdə siyasi mühacir həyatı yaşayan keçmiş polis zabiti Tural Məhərrəmov deyir.

Keçmiş polis zabiti deyir ki,vaxtilə hələ polisdə işləyəndə nazir Usubov onu qəbul edib və böyüklərə hörmətsizlik göstərməyin onun karyerasına son qoya biləcəyini deyib:

“Nazir mənə dedi ki, “indi səni söysəm, sən də qayıdıb məni söyəcəksən?””

15:32 13.11.2015

QHT ianəni qeydiyyatdan keçirməlidir

Azərbaycan Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nı təsdiq edib.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, bu qaydaların tənzimlənməsi uzun müddət idi ki, gözlənirdi: “İctimai təşkilatlar və fondlarla bağlı qanuna edilən son dəyişikliklərdən sonra qrantlarla bərabər ianələrin də müvafiq icra hakimiyyəti orqanında qeydiyyat zərurəti göstərilirdi. Eyni zamanda göstərilir ki, belə ianələr qeydiyyata alınmasa, bu vəsait üzrə əməliyyat aparıla bilməz. Qeydiyyat bildirişi olmasa, bankdan vəsaiti çıxarmaq olmazdı. Əks təqdirdə, hər iki tərəfi, həm QHT-ni, həm də bankı sanksiya gözləyirdi”.

Sahib Məmmədov deyir ki, ianə alan təşkilatlar vəsaiti harada qeydiyyatdan keçirməli olduğunu bilmirdi: “Qanunvericilikdə əsaslar var idi, amma bunu tənzimləyən qərar yox idi. Baş nazirin verdiyi bu qərar artıq ianə alan QHT və fondların işinə müsbət təsir edəcək”.

Yeni qaydalara görə, qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə (bundan sonra – reyestr) daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim edir.

Qanuna görə, QHT 200 manat həcmində vəsaiti nəğd qəbul edə bilər, ondan yuxarı məbləğlər bank yolu ilə təşkilatın hesabına köçürülməlidir.

İanələrlə bağlı məlumat (məbləğ və onu verən şəxslə) Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir.

14:41 13.11.2015

Prezidentin fərmanı Astara gömrüyünə hələ çatmayıb

Ölkə prezidenti ötən ay «Gömrük sahəsində nəzarətin həyata keçirilməsi haqqında» fərman imzaladı. Həmin fərmana görə, 18 yaşına çatmış hər bir şəxs ölkəyə gömrük rüsumu ödəmədən 10 min manat dəyərində (istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan) mal gətirə bilər. Lakin İrandan qayıdan Azərbaycan vətəndaşları deyirlər ki, Astara gömrüyündə köhnə qayda ilə işləyirlər.

13:22 13.11.2015

"Cihadçı John öldürülüb"?

BBC Britaniya ordusunun zabitinə istinadla yazır ki, “Cihadçı John” dlı britaniyalı silahlının öldürülməsi ehtimalı böyükdür. Ancaq onun ölməyi dəqiq deyil.

ABŞ rəsmiləri noyabrın 12-də məlumat yayıb ki, ABŞ pilotsuz qurğusu Suriyada bir maşına zərbə endirib. Həmin avtomobildə İslam Dövləti qruplaşmasının “Cihadçı John” ləqəbli cəlladının olduğu güman olunur.

Davamı

XS
SM
MD
LG