Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08

Rusiya vətəndaşlarını Misirdən çıxarır


Şarm əl-Şeyx aeroportunda tursitlər

Şarm əl-Şeyx aeroportunda tursitlər

-

“Rosturizm” və Rusiya səfirliyinin əməkdaşları Rusiyadan olan turistlərə yardım göstərmək məqsədilə Misir aeroportuna yollanıblar. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya İstehlakçı Nəzarəti Xidmətində “qaynar xətt” yaradılıb, turistlərə və sərnişinlərə onların hüquqları izah olunur.

“Rosturizm”in verdiyi məlumata görə, hazırda Misirdə 80 min Rusiya vətəndaşı var. Bildirilir ki, Rusiya aviaşirkətlərinə məxsus təyyarələr Misirə boş uçacaq və orada olma müddəti başa çatmış Rusiya vətəndaşlarını geri qaytaracaq. Turistlər yüksüz qayıdacaqlar, onların yükləri daha sonra başqa təyyarələrlə göndəriləcək.

Rusiya prezidenti Vladimir Putin noyabrın 6-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Alexander Bortnikov-un Misirlə aviaəlaqəni A321 təyyarəsinin qəzaya uğrama səbəbi bəlli olanadək dayandırmaq təklifini qəbul edib. Sözügedən təyyarə oktyabrın 31-də Sinay yarımadasında qəzaya uğrayıb, təyyarədəki 224 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG