Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

-

Myanmada son 25 ilin ilk parlament seçkiləri keçirilir.

Bu, 1962-ci ildən hərbi diktaturanın hökm sürdüyü Myanmanın 2011-ci ildə vətəndaş hökumətinə keçdikdən sonra ilk parlament seçkisidir. Seçkilərə müxalif qüvvələr də qoşulub.

Seçkidə 664 mandat uğrunda 91 partiyanı təmsil edən 6 mindən çox namizəd mübarizə aparır. Seçkinin özəlliyindən biri də odur ki, hərbi qüvvələrin təmsilçilərinə parlamentin hər iki palatasında yerlərin dörddə biri ayrılıb.

Hakim partiyaya prezident Teyn Seyn rəhbərlik edir. Daha əvvəl o, general olub, hərbçilər tərəfindən dəstəklənir. Teyn Seyn elan edib ki, əgər seçkilərdə müxalifət qalib gələrsə, hökümətin təhvili sülh şəraitində baş tutacaq.

Cənub-şərqi Asiyada yerləşən Myanmanın 55 milyon nəfər əhalisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG