Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:47

Beton maşınlarının qabağını kəsdilər


Olay yerinə polis çağırılıb.

Olay yerinə polis çağırılıb.

-

«AZ Retail» MMC Abşeron rayonu Məhəmmədi qəsəbəsində ona məxsus olduğunu bildirdiyi ərazidə anbar və logistik mərkəzin tikintisinə başlayıb. Ancaq özünü Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs tikintiyə imkan vermir.

Onlar noyabrın 7-də günorta saatlarında əraziyə gələn beton maşınlarının qabağını kəsiblər. Sürücülərə və fəhlələrə işləməsinlər deyə, təzyiq edirlər.

Bu haqda AzadlıqRadiosunun əməkdaşları hadisə yerindən xəbər verirlər.

Tərəflər arasında qısamüddətli qarşıdurma yaranıb. Olay yerinə polis çağırılıb. Eyni zamanda ərazidə xeyli sayda idmançı görkəmində şəxslər toplaşmaqdadır.

MMC-nin hüquqşünası Alov Səfərəliyev deyir ki, kənd təsərrüfatı mallarının saxlanılması üçün nəzərdə tutulan anbar və logistik mərkəz İqtisadi İnkişaf Nazirliyinin dövlət proqramı çərçivəsində ayırdığı kredit əsasında tikilir:

«Bu ərazi Abşeron rayonu Məhəmmədi qəsəbəsinə aiddir. Bizim torpaqla bağlı aldığımız kupçada da, reyestrdən çıxarışda da bura Məhəmmədi qəsəbəsinin ərazisi kimi göstərilib. Amma buna baxmayaraq, Sabunçu rayon İcra Hakimiyyətinin işçiləri tikintiyə müdaxilə edir, qanunsuz şəkildə tikintini dayandırmağa çalışırlar. Heç bir sənəd də təqdim etmirlər. Bilmirik nəyin əsasında belə bir tələblə çıxış edirlər».

Sabunçu rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışırıq.

Bu günlərdə prezident İlham Əliyev sahibkarlara təzyiqləri pisləyib və bunu yolverilməz adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG