Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54

-

Misirdə dincələn Rusiya vətəndaşları təcili evakuasiya edilməyəcəklər. Bu ölkədəki rus turistlər planlı şəkildə çıxarılacaqlar.

Bu haqda noyabrın 7-də «Rosturizm»in başçısı Oleg Safonov bəyan edib.

Onun sözlərinə görə, indi Misirdə 80 min Rusiya vətəndaşı var.

Safonov əlavə edib ki, bu ölkəyə Rusiyadan yeni turistlər gedə bilməyəcək. Rusiya aviaşirkətlərinin təyyarələri Misirə boş uçacaq və qayıtmalı olan turistlərlə geri dönəcək.

Oleg Safonov turistlərin baqajsız qayıdacaqlarını bildirib. Baqaj ayrıca yükdaşıyan təyyarələrlə göndəriləcək.

Rusiya Turizm Sənayesi İttifaqının nümayəndəsi Irina Tyurina deyib ki, yaxın günlər üçün Misirə bilet alan turistlər Türkiyəyə uçacaqlar. Uçuş tarixi bir az gec olanlara bir neçə variant təklif edilir. İlk növbədə onlara Misirə səfərlərini təxirə salmaq və başqa istiqamətə uçmaq təklif ediləcək. «Həmin istiqamətə uçuş baha olarsa, turist artıq pul ödəyəcək, ucuzdursa, onun pulunun qalığı geri qaytarılacaq», -Tyurina deyib.

Irina Tyurina-nın sözlərinə görə, bu variantların heç biri turisti razı salmazsa, müqaviləyə əsasən cərimə ödəməklə öz turunu ləğv etdirə bilər.

Rusiya noyabrın 6-dan təhlükəsizlik baxımından Misirə bütün sərnişin reyslərini dayandırıb.

Oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan təyyarənin qəzaya düşməsi nəticəsində 224 nəfər ölüb.

Britaniya bildirib ki, təyyarənin yük yerinə bomba qoyula bilərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG