Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:53

Lənkərana yenə güclü yağacaq


Hava.
Hava.

-

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda belə deyilir.

Azərbaycanın rayonlarında noyabrın 8-də bəzi yerlərdə yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

XS
SM
MD
LG