Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:07

Velosipedçilər bayraq yürüşünə çıxdılar


Veloyürüş.
Veloyürüş.

-

Noyabrın 7-də Dövlət Bayrağı Günü ilə əlaqədar «Bayrağımız- qürur mənbəyimizdir!» devizi altında veloyürüş başlayıb.

APA-nın məlumatına görə, veloyürüş Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Yürüş saat 12:00-da Dövlət Bayrağı Meydanından start götürüb.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Aparatının rəhbəri Elmir Bağırov deyib ki, iştirakçılar Bayraq Meydanı-«Azneft» prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16.5 km-lik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq. Yürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar idmançıları və həvəskar idmançılar iştirak edirlər. İştirakçıların sayı 200 nəfərdir.

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Qeyri-iş günüdür.

XS
SM
MD
LG