Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:19

A321-ə bomba uçuşdan əvvəl qoyula bilərdi


«Airbus A321» təyyarəsi Misirin Sinay yarımadasında oktyabrın 31-də qəzaya uğrayıb.
«Airbus A321» təyyarəsi Misirin Sinay yarımadasında oktyabrın 31-də qəzaya uğrayıb.

-

Partlayıcı maddə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan «Airbus A321» təyyarəsinin yük yerinə qoyula bilər. BBC-nin məlumatına görə, Böyük Britaniyadan olan ekspertlər bu qənaətə gəliblər.

Britaniyanın baş naziri Devid Kameron deyib ki, hələlik «Kogalymavia» aviaşirkətinə məxsus A321-in partladılmasına dair tam əminlik olmasa da, getdikcə bunun həqiqətən də belə olduğu aydınlaşır.

ABŞ prezidenti Barak Obama da təyyarənin partladıldığını istisna etməyib. CNN Amerika kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb ki, A321 təyyarəsinə bomba yerləşdirilib.

«Current Time»a müsahibəsində sınaqçı-təyyarəçi Magomed Tolboev də partlatma variantından danışıb.

«BÜTÜN EHTİMALLAR SPEKULYASİYADIR»

Rusiya hökuməti bəyan edib ki, qəzanın səbəbi yalnız istintaqın gəldiyi nəticə əsasında bəlli olacaq. Prezidentin sözçüsü Dmitry Peskov deyib ki, bütün digər ehtimallar spekulyasiya xarakteri daşıyır.

Böyük Britaniya Misirin Şarm-əl-Şeyx şəhərinə və əksinə olan bütün aviareysləri ləğv edib. Vətəndaşlarını Misirdən yalnız əl baqajı ilə, başqa heç bir yük olmadan çıxardıb.

Rusiyanın «Kogalymavia» aviaşirkətinə məxsus «Airbus A321» təyyarəsi Misirin Sinay yarımadasında oktyabrın 31-də qəzaya uğrayıb. 217 sərnişin və 7 ekipaj üzvünün hamısı ölüb. Bu, Sovetlər dönəmi də daxil Rusiyanın aviasiya tarixində ən böyük qəzadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG