Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:56

-

ABŞ prezidenti Barack Obama «Keystone XL» magistral neft kəmərinin çəkilməsinə icazə verməkdən imtina edib. Bu kəmər Kanadanın neft yataqlarını ABŞ-ın neftayırma zavodları ilə birləşdirməliydi.

Prezident qərarını təbiəti qorumaq zərurəti kimi mülahizələriylə izah edib. «Amerika indi dünya liderinə çevrilib. Biz qlobal istiləşmə əleyhinə qətiyyətli işlər görürük. Düzünü desəm, bu layihəyə razılıq vermək bu cəhdlərin pozulması demək olardı», - söyləyib Obama.

ABŞ dövlət başçısı vaxt var ikən planeti qorumağın zərurətindən danışıb.

«TransCanada» şirkətinin 2000 kilometr uzunluğunda neft kəməri çəkmək təklifi güclü siyasi qarşıdurmaya səbəb olub. Layihənin tərəfdarları təkidlə bildirirlər ki, Kanada neftinin ABŞ-a gətirilməsi ölkədə yanacağın qiymətinin düşməsinə, minlərlə iş yerinin yaranmasına səbəb olacaq. Əleyhdarları isə hesab edirlər ki, bu layihə ətraf mühitə həddən artıq mənfi təsir göstərəcək, neft borusunda qəzalarsa fermer təsərrüfatlarına ziyan vuracaq.

Prezidentin çıxışını Nümayəndələr Palatasının spikeri Paul Ryan, ABŞ-dakı böyük həmkarlar ittifaqlarından biri, «TransCanada» rəhbərliyi tənqid edib.

Müxtəlif təbiəti mühafizə təşkilatları Obama-ya dəstək veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG