Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:47

Televizora baxmaq, yeyib-içmək, yatmaq


Tural Türksoy
Tural Türksoy

- Tural Türksoy

ÖZÜMLƏ SÖHBƏT: MƏN NƏ ISTƏYIRƏM?

-Nə istəyirsən sən?
-Heç nə, əgər inansan.
-İnana bilmirəm mən!
-Görərsən, bir-bir sorsan.
-Yaxşı, soruşum bir-bir,
sən də mənə cavab ver.
... Allah, Peyğəmbər, Quran?
-Istəmirəm bunları.
-Bəs möminlər, müsəlmanlar?
-Sevməm inananları.
-Sevgi, mərhəmət, bilgi?
-Yox, istəmirəm.
-Ölçü, meyar və ülgü?
-Yox!
-Sülh, barış və əmniyyət?
-Yox!
-İlqar, vəfa, sədaqət?
-Yox!
-Qayda-qanun, ədalət?
-Yox!
-Qəhrəmanlıq, dəyanət?
-Yox!
-Huri, mələklər, cənnət?
-Yox!
-Yaxşı... sərvət, var-dövlət?
-Yox!
-Karyera, mənsəb, şöhrət?
-Yox!
-... Aha... Bircə şeyə ümid qaldı.
-Nə imiş, görəsən, dostum-
ey içimdə ömür sürən,
hər an mənə təlqin edən
qeyri-adi, müdhiş sistem?
-Sorduqlarımın əksin sorsam?
-Bir şey çıxmayacaq, inan.
Mümkünsə, sus, əl çək, dayan,
dincəlim deyə ver aman.
-Yox! Hələ də ümidim var
səni yola gətirməyə,
"Hə!" cavabın dedirməyə.
...İblis, şeytan, cin, ifritə?
-Heç bunları da istəmirəm.
-Kafir, fasiq, fitnəkarlar?
-İstək, meyil bəsləmirəm.
-Nifrət, ikrah, cəhalət?
-Yox, istəmirəm.
-Acımasızlıq, ədavət?
-Yox!
-Xəyanət və rəzalət?
-Yox!
-Sərbəstlik və hərc-mərclik?
-Yox!
-Qorxaqlıq və namərdlik?
-Yox!
-Qır qazanı, cəhənnəm?
-Yox!
-Kasıblıq, aclıq, ölüm?
-Yox!
-Heyrət, ey büt!!!
-Nə büt oldum, nə də ki, küt.
-Bəs kimsən sən, bəs nəsən sən?
Ağıllı, yoxsa bir sərsəm?
-Elə mən də bunu çözsəm,
xoşbəxt olaram, bir bilsən.
Nə olum istərəm, nə ölüm,
istəmərəm ağlayım, ya gülüm.
Nə mənfini istərəm mən,
nə müsbəti,
Bu əhvala
adamın laaap tökülür əti.
... Bir-iki şey istəyirəm istəməyinə.
-Axır ki, gəlib-çıxdın mən deyənə.
-Amma hərəsindən bir azacıq.
-Eybi yox, sadala, ay yazıq!
-... Azacıq yazmaq, azacıq oxumaq,
azacıq televizora baxmaq,
azacıq yeyib-içmək, yatmaq,
... və yaşamaq axmaq-axmaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG