Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09

Charlie Hebdo: Dünyəvi, demokratik, ateist qəzetik


"Charlie Hebdo" karikatutası

"Charlie Hebdo" karikatutası

- "Charlie Hebdo" satirik fransız jurnalının baş redaktoru Jerar Biar Rusiyanınn ittihamına cavab verib.

“Mən bu cür şeyləri sadəcə olaraq başa düşmürəm. Biz dünyəvi, demokratik, ateist qəzetik. Müqəddəs dəyərlərin təhqir edilməsi nə deməkdir? Bizim üçün heç bir məna ifadə etmir. Biz də başqa nəşrlər kimi xəbərləri şərh edirik.”

Charlie Hebdo

Charlie Hebdo

Baş redaktor daha sonra deyib:

“Kreml belə bəyanatlarla Rusiya vətəndaşlarının diqqətini başqa problemlərdən yayındırmağa çalışır”

Xatırladaq ki, “Charlie Hebdo” Rusiyanı kədərləndirən son təyyarə qəzasına iki karikatura həsr edəndən sonra Dövlət Dumasının üzvləri, sədri, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu jurnalı “müqəddəs dəyərləri, toxunulmaz hissləri təhqir etməkdə” ittiham etmişdilər.

Hətta deputat Aleksey Juravlev "Fransız hakimiyyəti bu jurnalı bağlamalıdır”, "Rusiya isə onu ekstremist nəşrlər siyahısına salmalıdır" demişdi.

Bəs “Charlie Hebdo” nə çəkib?

“Charlie Hebdo”-nun karikaturalarından birində havada islamçı-terrorçunun başına düşən təyyarə hissələri və ölülər təsvir olunub, altında yazılıb: “Rusiya aviasiyası bombardmanı gücləndirir”.

O biri karikaturada yazılıb: “Air Cocaïne şirkətilə uçmaq lazım idi”. Bununla Dominikan Respublikası ərazisində göyərtəsində kokain tapılmış fransız təyyarəsinə eyham vurulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG