Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

“Qəbələ” futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb.

“Report” agentliyinin məlumatına görə, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

O bildirib ki, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə həbs qətimkan tədbirinin iki ay artırılması barədə təqdimatla müraciət edib. Səbail Rayon Məhkəməsi isə həbs müddətini 1 ay uzadıb.

Qeyd edək ki, futbolçu avqustun 8-də jurnalist Rasim Əliyevin bir qrup adam tərəfindən döyülməsi, ertəsi günsə xəstəxanada keçinməsi ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG