Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:30

Rusiya Misirə uçuşları dayandırdı


Pravoslav keşişlər təyyarə reyslərinə xeyir-dua verirlər
Pravoslav keşişlər təyyarə reyslərinə xeyir-dua verirlər

Müxbirlər bildirirlər ki, Moskvanın bütün Misir reyslərini ləğv etmək qərarı rəsmi təhqiqatın "bomba versiyası"na yaxın olduğunu göstərir.

Sinay yarımadası üzərində qəzaya uğramış təyyarənin bomba partlayşı nəticəsində qəzaya uğraması ehtimalının güclənməsi ilə əlaqədar Rusiya Misirə bütün sərnişin uçuşlarını dayandırıb.

Bu barədə bəyanatı prezident Vladimir Putinin özü verib.

Bundan əvvəl ABŞ və Britaniya kəşfiyyatları Şərm əş-Şeyxdən Sankt Peterburqa uçarkən Sinay yarımadası üzərində ötən şənbə qəzaya uğramış təyyarənin bomba ilə partladıldığını bildirmişdilər.

Britaniya Misirin Şarm əş-Şeyx şəhərinə uçuşları artıq dayadırıb.

Almaniyanın Lufthansa şirkətinin təyyarələri də artıq Misirə uçmurlar.

İslam Dövləti adlanan təşkilata bağlı yerli qruplar təyyarənin məhv edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Misir bu iddiaları kəskin şəkildə rədd edir və İslam Dövlətinin "təbliğat" fəndi adlandırırdı.

Müxbirlər bildirirlər ki, Moskvanın bütün Misir reyslərini ləğv etmək qərarı rəsmi təhqiqatın "bomba versiyası"na yaxın olduğunu göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG