Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:20

Britaniyalı ekspertlər Misirdə qəzaya uğramış Rusiya təyyarəsinə bomba qoyulmasının mümkünlüyünü istisna eləmir.

Bu barədə BBC xüsusi mənbələrə istinadla xəbər verir.

Məlumatlara görə Britaniya ötən çərşənbə günü Sinay yarmadasında fəaliyyət göstərən yaraqlıların danışıqları əsasında yeni kəşfiyyat məlumatları əldə ediblər.

Həmin məlumatları terrorçuluqla bağlı Birləşmiş Analitik Mərkəz araşdırıb.

Ekspertlər hesab edir ki, təyyarə uçuşa hazırlaşarkən yük yerinə çıxışı olan kimsə sərnişinlərin yükünə bomba qoyub.

Amma Rusiya və Misir rəhbərlikləri bildiriblər ki, qəzanın səbəbi barədə hansısa qərar vermək hələ ki, tezdir.

Təyyarənin qara qutuları isə heçnə qeydə almayıb.

Bu barədə “Kommersant” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Ekspertlər hesab edir ki, buna səbəb qara qutuların yerləşdiyi quyruq hissənin gövdədən qəfil qopması ola bilər.

Qeyd edək ki, ABŞ-da bunun terror aktı ola bilməsini istisna eləmir.

Oktyabrın 31-də Airbus 321 təyyarəsinin Sinay yarımadasında qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG