Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:16

Pakistanın Lahor şəhərində fabrikin uçması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Xilasedici əməliyyatlar davam etdirilir.

Noyabrın 4-də uçan binanın tör-töküntüsü altından 110 nəfər sağ adam çıxarılıb.

Şəhər rəhbəri Mohamed Usman b ildirib ki, fabrikin dibinə çatmaq üçün xilasedicilərə hələ 3 gün lazımdır.

Pəncab əyalətinin qəza-xilasedici xidmət idarəsinin rəhbəri Arshad Zia hesab edir ki, uçqunun altından azı 25 cəsəd tapıla bilər.

Qəza vaxtı binaya 3-cü mərtəbə əlavə edilirmiş.

Amma qəzanın buna görə baş verməsi təsdiqlənməyib.

Rəsmilərin sözlərinə görə, ötən həftə regionda baş verən 7,5 ballıq zəzlzələ nəticəsində binaya xəsarət dəyibmiş.

Qeyd edək ki, həmin zəlzələdə Pakistanda 400 dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG