Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Berlində Ukrayna böhranı müzakirə olunur


Sergei Lavrov və Frank-Walter Steinmeier

Sergei Lavrov və Frank-Walter Steinmeier

Rusiyanın xarici işlər naziri Sergei Lavrov noyabrın 6-da Almaniyaya gedib.

Almnaiya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri Berlində Ukraynanın şərqindəki münaqişəni müzakirə edirlər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 7900-dən çox adam ölüb.

Bu ilin sentyabrından fevralda tərəflər arasında əldə edilmiş atəş rejiminə demək olar ki, tam əməl olunur.

Tərəflər bu yaxınlarda əsir mübadiləsi də ediblər.

Tərəflər həmçinin ağır silahların təmas xətindən geri çıxardılmasına başlayıblar.

Kiyevlə Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.

Rusiya ittihamı rədd edir.

Bu münaqişəyə görə ABŞ,Avropa Birliyi və digər ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG