Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Türkiyədə 7 iyunda millət vəkili olan, amma 1 noyabr parlament seçkisini uduzan MHP üzvü oktyabrdan dekabra qədər əvvəlcədən ödənilən maaşını dövlətə qaytarır.

MHP üzvü Durmuş Yılmaz oktyabrın 15-dən dekabrın 15-nə kimi əvvəlcədən ödənilmiş 15 min dollarlıq (42 min lirə) millət vəkili maaşını geri verir: «Haqqım çatmayan pulu niyə alım? Maaşın oktyabrın 15-dən noyabrln 1-nə kimi olan hissəsi halaldır, amma millət vəkili seçilmədiyim üçün bu maaşın yerdə qalan hissəsini halal saymıram».

«Sözçü» qəzeti xəbər verir ki, aylıq maaşları 17 min lirə olan millət vəkillərinə qabaqcadan 3 aylıq 51 min lirə ödənilir. Oktyabrın 15-də 3 aylıq maaşı alan vəkillərin əksəriyyəti noyabrın 1-də seçilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG