Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Korban ev dustaqlığına buraxılıb


Kiyevdə Hennadiy Korban -a dəstək aksiyası

Kiyevdə Hennadiy Korban -a dəstək aksiyası

-

Ukrayna məhkəməsi UKROP partiyasının lideri Hennadiy Korban-ın dekabrın 31-dək ev dustaqlığında saxlanması barədə qərar çıxarıb. Qərar noyabrın 6-da verilib.

Korban-ın vəkili Oksana Tomchuk deyib ki, qərardan apellyasiya şikayəti veriləcək.

45 yaşlı Korban oktyabrın 31-də, mütəşəkkil cinayətkar dəstəyə üzvlük, mənimsəmə, adam oğurluğunda şübhəli bilinərək saxlanıb, ancaq 72 saatdan sonra buraxılıb. Belə ki, prokurorlar ona qarşı ittiham irəli sürə bilməyiblər.

O, noyabrın 3-də yenidən saxlanıb. Bu dəfə müstəntiqlər daha çox “dəlil” əldə etdiklərini deyiblər.

UKROP fəalları Korban-ın siyasi motivlərlə təqib olunduğunu deyirlər. O, Dnepropetrovsk regionunun keçmiş qubernator müavini olub.

UKROP ötən ilin sentyabrında qeydiyyata alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG