Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:04

Türkiyə 20 İD şübhəlisini saxlayır


Türkiyə-Suriya sərhədi yaxınlığı, arxiv fotosu

Türkiyə-Suriya sərhədi yaxınlığı, arxiv fotosu

-

Türkiyə polisi İslam Dövləti (İD) silahlı qruplaşmasına bağlılıqda şübhəli bilinən 20 nəfəri saxladığını bildirir.

Şübhəlilər noyabrın 6-da Antalya əyalətində saxlanıb. Gələn həftə burada Böyük 20-liyin (G20) sammiti keçiriləcək.

Saxlananlardan ikisinin Rusiya vətəndaşı olduğu bildirilir.

Son həftələr ərzində Türkiyə polisi onlarla İD şübhəlisini saxlayıb.

İD-ni “açıq təhlükə” adlandıran Türkiyənin xarici işlər naziri Feridun Sinirlioglu bu həftə deyib ki, Ankara “gələn günlər ərzində” İD silahlılarına qarşıhərbi əməliyyat planlaşdırır. O, detalları açıqlamayıb.

Türkiyə İD silahlılarını ötən ay Ankarada 100-dən çox adamın ölümünə səbəb olmuş partlayışı törətməkdə günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG