Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:38

«Ucuz ətin şorbası» misalı dərmanlara aid deyilmiş...


Dərman.
Dərman.

-

Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin ucuzlaşdırılmasının keyfiyyətə təsirindən danışıb.

İlkin Məcidov deyib ki, istər qeydiyyat, istərsə idxal zamanı ölkəyə gətirilən dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi nəzarət edir: «Dərman vasitələrinin qiymətcə formalaşması digər əmtəələrin qiymət formalaşmasından fərqlənir... Ölkələr üzrə dərman vasitələri qiymətlərinin təhlili göstərir ki, dərman vasitəsinin qiyməti ilə onun keyfiyyəti arasında statistik baxımdan birbaşa əlaqə, pozitiv korrelyasiya mövcud deyil».

«EYNİ DƏRMAN BİR ÖLKƏDƏ UCUZ, BAŞQASINDA BAHA SATILIR»

İlkin Məcidovun sözlərinə görə, dünyada tanınmış əczaçılıq şirkətlərinin hazırladığı dərman vasitələri Avropanın bəzi ölkələrində ucuz, bəzilərində baha qiymətə satılır: «Qiymətlərin ucuzluğunu əsas gətirərək, heç cür iddia edə bilmərik ki, həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlər və ya keyfiyyətə nəzarət edən qurumlar qiymətin aşağı olması üçün keyfiyyətdə «güzəştə» gediblər. Hətta eyni istehsalçı tərəfindən istehsal olunan dərman vasitələri müxtəlif ölkələrdə bir-birindən kəskin fərqlənən qiymətlərlə satışa çıxarılır».

Tarif Şurası katibinin fikrincə, məhz bu səbəblərdən Avropa ölkələri «maya dəyəri», «keyfiyyət» anlayışlarına deyil, «istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında» dövlət tənzimlənməsi mexanizmindən yararlanırlar.

XS
SM
MD
LG