Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

Vidadi İsgəndərli Azərbaycan vətəndaşlığından imtina edib


Vidadi İsgəndərli
Vidadi İsgəndərli

-

Hüquq müdafiəçisi, keçmiş məhbus Vidadi İsgəndərli Azərbaycan vətəndaşlığından imtina edib. Hüquq müdafiəçisi vətəndaşlıqdan imtina haqqında ölkə başçısı İlham Əliyevə göndərdiyi müraciətin mətnini bir sıra KİV-lərə göndərib.

Müraciətdə Vidadi İsgəndərli vətəndaşlıqdan imtina etməsini son illər ərzində özünün təqiblərə məruz qalması, ölkədə özbaşınalığın hökm sürməsi və son seçkilərdə üzləşdiyi qanunsuzluqlarla əsaslandırıb. Hüquq müdafiəçisi özünün və ailə üzvlərinin hədə-qorxuya məruz qaldığını bildirib.

Yada salaq ki, Vidadi İsgəndərli 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd idi.

Hələ seçkidən əvvəl o, Mərkəzi Seçki Komissiyasına şikayət etmişdi ki, onun təşviqat aparmasına ciddi maneələr var. Ancaq MSK şikayəti əsasız saymışdı. Vidadi İsgəndərlinin seçkidən sonra da MSK-ya müraciəti daxil olub. Noyabrın 5-də bu müraciətə baxan MSK bu şikayəti də geri qaytarmışdı.

Vidadi İsgəndərli deyib ki, indi ailəsi ilə birlikdə xarici ölkələrdən birindən sığınacaq almaq niyyətindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG