Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:46

-

Noyabrın 7-dən etibarən «Azərbaycan Hava Yolları»nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri «Boeing 787-8 Dreamliner» tipli təyyarələrdə yerinə yetiriləcək.

«Azərbaycan Hava Yolları» QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, «Boeing-787-8» müasir təyyarələrdən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.

Bu reysin sərnişinlərinə 3 xidmət sinfi - Ekonom sinfi üzrə 157, Biznes sinfi üzrə 35 və Birinci sinif standartlarına cavab verən Lüks sinfi üzrə 18 yer təklif olunacaq.

Bakı-Nyu-York-Bakı reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi Hava Limanına yerli vaxtla saat 9:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30-da həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG