Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

Amerika səfirliyində hərrac olacaq


ABŞ bayrağı.
ABŞ bayrağı.

-

Noyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən hərrac təşkil ediləcək.

fins.az-ın məlumatına görə, hərracda işlənmiş kompüterlərin, ofis avadanlıqlarının, mebel və məişət əşyalarının satışı nəzərdə tutulur.

Hərracda məişət avadanlıqlarının qiymətləri 10-350 dollardan başlayır. Belə ki, printer və skanerlərin başlanğıc lotları 20-30 dollar, kitab şkafları 40 dollar, noutbuklar 50-100 dollar, mebellər isə 100-350 dollar arasındadır.

Hərrac Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında (Topçubaşov adına eksperimental cərrahiyyə xəstəxanasının, Tusi adına klinika və Biznes universitetinin yanı) keçiriləcək. Əşyaları baxış həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür. Alıcı mütləq şəxsiyyətini təsdiqləyən şəkilli sənədi təqdim etməlidir. Alınan malların dəyəri dərhal ödənilməlidir.

XS
SM
MD
LG