Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:35

Rusiya-Almaniya layihəsi “topa tutuldu”


Riqada mətbuat konfransı, 5 noyabr, 2015-ci il

Riqada mətbuat konfransı, 5 noyabr, 2015-ci il

-

Ukrayna və Baltik liderləri Rusiyadan təbii qazı Baltik Dənizinin dibiylə Almaniyaya nəql edəcək ikinci Şimal Axını layihəsini kəskin tənqid ediblər.

Bu layihə Ukraynanın ildə 2 milyard dollar (1.8 milyard avro) itirməsinə səbəb olacaq. Belə ki, hazırda əsas tranzit xətti Ukrayna və Polşadan keçir. Ukraynanın baş naziri Arseniy Yatsenyuk noyabrın 5-də Riqada Baltik liderləri ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Polşa və Slovakiya müvafiq olaraq ildə 300 və 800 milyon dollar itirəcəklər. Üstəlik, Avropa Birliyi real enerji müstəqilliyindən məhrum olacaq.

“Fikrimizcə, bu layihə iqtisadi məsələlərə söykənmir, siyasidir,” Yatsenyuk deyib və AB-ni məsələni “ciddi” şəkildə araşdırmağa çağırıb.

Ukraynanın şərqində hökumət qüvvələri rusiyapərəst separatçılarla savaşır.

Yatsenyuk xəbərdarlıq edib ki, Moskvanın “enerji bazarını nəzarətə almasına” imkan verilməsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG